Kumho Crugen Premium KL33 (180 AZN)

 Crugen Premium KL33 Crugen Premium KL33 Crugen Premium KL33
 
Marka Kumho
Model Crugen Premium KL33
Reytinq
  • (19565)
Növ 4x4 (SUV) təkərləri
Ölçü 225/55 R18
Mövsüm 4 Fəsil təkərləri
İstehsalçı ölkə Cənubi Koreya
Sürət indeksi V (240 Km/Saat)
Yük indeksi 98 (750 Kq)
 

Kumho Crugen Premium KL33 tekerinin xarakteristikası 

 

Kumho Crugen Premium KL33 2012-ci ildə satışa çıxarılıb. Bu model premium sinfinə məxsus şəhər yolsuzluq avtomobillərinin şəhərdən kənarda, o cümlədən sürət magistrallarında rahat hərəkətini təmin edəcək 4 fəsil tekeridir. Həm quru, həm də yaş yollarda təhlükəsiz və güvənli performans nümayiş etdirir. Təkər nahamar yol səthindən qaynaqlanan zərbələri və bunun nəticəsində yaranan vibrasiyanı "udur". Protektorun optimallaşdırılmış kompozit blokları vibrasiya və səsin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır. Protektorun səthi müxtəlif istiqamətli 3 ölçülü lamellərlə (yarıqlarla) örtülüb. Bunlar isə öz növbəsində yaş səth ilə təması gücləndirir və sürüşkən yol səthində yana sürüşmənin qarşısını alır. Bu, həmçinin qısa tormoz yolu üçün çox vacibdir. 
 

Protektorun mərkəzi hissəsində dörd geniş və şinin perimetri boyunca dolanan dairəvi kanallar yerləşib. Bu kanallar təmas zonasında suyun xaric edilməsi və aquaplanning-dən qorunma funksiyalarını yerinə yetirir. Rezin qarışığının tərkibindəki silikat tormozlanmanın effektivliyini və aşınmaya qarşı dayanıqlığı yüksəltməyə, habelə şinin xidməti müddətini uzatmağa imkan verir. Polad brekerlər və ikiqat neylon təbəqə ilə gücləndirilmiş karkas konstruksiyası şini daha dözümlü edir, onun yürüş məsafəsini artırır, deformasiyadan qaçmağa və əla idarəetməni təmin etməyə imkan verir.