SUAL-CAVAB

1. Geniş çeşid sırası və endirimli qiymətlər – fəaliyyətə başlayanadək biz Azərbaycanda mövcud olan demək olar ki, bütün rəsmi distribütor və dilerlərlə əməkdaşlıq münasibətləri yaratdıq. Bu münasibətlər bizə imkan verir ki, təkər bazarının "nəbzini" daim nəzarətdə saxlayaraq, müştərilərimizə həm qış, həm də yay mövsümünün yeni təkər modellərini çox sərfəli və endirimli qiymətlərlə təklif edək;
2. İllərin sınağından çıxmış məşhur brendlər və istehsalçı zəmanəti - Michelin, Goodyear, Continental, Pirelli, Hankook, Nokian Tyres, Bridgestone, Lassa və s. bu kimi təkər istehsalı nəhəngləri ilə əməkdaşlıq müqavilələrimizin mövcudluğu müştərilərimizə orijinal və istehsalçı zəmanəti ilə təmin edilmiş keyfiyyətli məhsullar təklif etməyimizə imkan yaradır;
3. Seçim zamanı hərtərəfli dəstək - saytda həm istehsalçı markaları, həm ölçülər, həm mövsümlər, həm də avtomobil markaları üzrə şin axtarışı üçün rahat və funksional sistemin mövcud olmasına baxmayaraq, bizim mütəxəssislər onlayn rejimdə sizin əldə etmək istədiyiniz məhsulla bağlı istənilən sualınızı cavablandırmağa hazırdırlar. Bunun sayəsində «Tekerstore.az» saytından şin sifariş vermək çox asan və rahatdır;
4. Çatdırılma xidməti - hər bir distribütorun çatdırılma təklifi fərqlidir. Bunun üçün distribütorun səhifəsinə daxil olub məlumat ala bilərsiniz;
5. Sərfəli qiymətə satış sonrası xidmət paketi (şin montajı, razval və balans) - hər bir distribütorun Servis Xidməti fərqlidir. Bunun üçün distribütorun səhifəsinə daxil olub məlumat ala bilərsiniz.1. Geniş çeşid sırası və endirimli qiymətlər – fəaliyyətə başlayanadək biz Azərbaycanda mövcud olan demək olar ki, bütün rəsmi distribütor və dilerlərlə əməkdaşlıq münasibətləri yaratdıq. Bu münasibətlər bizə imkan verir ki, təkər bazarının "nəbzini" daim nəzarətdə saxlayaraq, müştərilərimizə həm qış, həm də yay mövsümünün yeni təkər modellərini çox sərfəli və endirimli qiymətlərlə təklif edək;
2. İllərin sınağından çıxmış məşhur brendlər və istehsalçı zəmanəti - Michelin, Goodyear, Continental, Pirelli, Hankook, Nokian Tyres, Bridgestone, Lassa və s. bu kimi təkər istehsalı nəhəngləri ilə əməkdaşlıq müqavilələrimizin mövcudluğu müştərilərimizə orijinal və istehsalçı zəmanəti ilə təmin edilmiş keyfiyyətli məhsullar təklif etməyimizə imkan yaradır;
3. Seçim zamanı hərtərəfli dəstək - saytda həm istehsalçı markaları, həm ölçülər, həm mövsümlər, həm də avtomobil markaları üzrə şin axtarışı üçün rahat və funksional sistemin mövcud olmasına baxmayaraq, bizim mütəxəssislər onlayn rejimdə sizin əldə etmək istədiyiniz məhsulla bağlı istənilən sualınızı cavablandırmağa hazırdırlar. Bunun sayəsində «Tekerstore.az» saytından şin sifariş vermək çox asan və rahatdır;
4. Çatdırılma xidməti - hər bir distribütorun çatdırılma təklifi fərqlidir. Bunun üçün distribütorun səhifəsinə daxil olub məlumat ala bilərsiniz;
5. Sərfəli qiymətə satış sonrası xidmət paketi (şin montajı, razval və balans) - hər bir distribütorun Servis Xidməti fərqlidir. Bunun üçün distribütorun səhifəsinə daxil olub məlumat ala bilərsiniz.
Təkərin yanında göstərilən informasiyanı oxuyub başa düşmək hər bir sürücü üçün vacibdir. Çünki həmin informasiyada şin haqqında vacib olan məlumatlar öz əksini tapıb:

185/70 R14 88S

185=Profilin eni, mm
70=Hündürlük və ya profilin seriyası
R14 = Təkər diametri, düym
88 =Yük indeksi
S=Sürət indeksi
Hər bir avtomobil təkəri yolda hərəkət zamanı təhlükəsizliyin qorunmasına xidmət edən parametr olaraq icazə verilən maksimum sürət rejiminə malikdir. Bu parametr "sürət indeksi" adlanır və digər parametrlərlə yanaşı şinin markirovkasında öz əksini tapır.
Təkərlərin sürət indeksi avtomobilin idarəetməsinə birbaşa təsir edir. Sürət indeksində icazə verilən maksimum sürət limitini aşmaq təkərdə vaxtından əvvəl aşınma, deformasiya və həddən artıq qızma səbəbindən şinin sıradan çıxması ilə nəticələnə bilər. Bu kimi halları nəzərə almaqla təhlükəsizlik və şinlərin normal istismarı üçün idarəetmə zamanı avtomobilin sürətini şinin sürət indeksində qeyd olunan rəqəmdən 10-15% aşağı həddə tənzimləmək tövsiyyə olunur.


Sürət indeksi / Sürət (km/saat)
L / 120
M / 130
N / 140
P / 150
Q / 160
R / 170
S / 180
T / 190
U / 200
H / 210
V / 240
W, ZR / 270
Y / 300(Y)
(Y) / Yuxarı [300]

Sürət indeksi / Sürət (mil/saat)
L / 75
M / 81
N / 87
P / 94
Q / 100
R / 106
S / 112
T / 118
U / 124
H / 130
V / 149
W / 168
Y / 186
(Y)Yuxarı / [186](şin istehsalçısına müraciət edin)