SATIŞ SONRASI SERVİS XİDMƏTLƏRİ

Marshal mağazası müştərilərə şin satışından əlavə bir sıra satışsonrası xidmətlər də təklif edir:

- şin montajı xidməti
- təkərlərin komputerlə balansı
- disklərin təmiri

1358151149_servis
Şin montajı xidməti
— köhnə şinin diskdən çıxarılması (demontaj) və yeni şinin diskə quraşdırılması (montaj) prosesidir. Şinlər avtomobilin ən intensiv hərəkətdə olan və ətraf mühitin təsirlərinə ən çox məruz qalan hissəsidir. Onların yanlış montajı şinlərin vaxtından əvvəl və qeyri-bərabər aşınmasına, bəzi hallarda hətta yol-nəqliyyat qəzalarına da səbəb ola bilər. Buna görə də şin montajı xidmətini mütləq şəkildə güvənli, zəruri avadanlıqlarla təchiz olunmuş servis mərkəzlərinə etibar etmək lazımdır.
magazin-balans-stankov
Təkərlərin balans edilməsi
— təkərlər arasında mövcud olan disbalansın səviyyəsinin arzuolunan minimuma endirilməsi prosesidir. Şin montajı xidmətinin davamınca dərhal yeni quraşdırılmış təkərlərin balans edilməsi icra olunmalıdır. Təkərlərin balans edilməsi üçün də peşəkar avadanlıqlar və işçi heyətin olması vacib şərtdir.
89789789
Disklərin təmir olunması
—təkərlər yenisi ilə əvəz olunarkən disk əyriliyi müşahidə olunan hallardandır.Mağazamızda disk təmiri peşəkar ustalar tərəfindən yerindəcə tam təmir olunur və müştəriyə təhvil verilir.